Şirvanda fərdi yaşayış evi yanıb
Şirvanda fərdi yaşayış evi yanıb. Şirvan Yanğından Mühafizə Xidmətinin növbətçi hissəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvan şəhəri Nizami küçəsi 17 ünvanında, 1971-ci il təvəllüdlü Yolçuyev Nəsrəddin Fərzi oğluna məxsus fərdi yaşayış evi yanıb. Yanğın hadisəsi gündüz saatlarında qeydə alınıb. Ümumi sahəsi 120 kvadratmetr olan mənzilin 80 kvadratmetri yanıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb və mənzilin digər sahəsinə keçməsinin qarşısı alınıb. Yanğın zamanı evdə heç kim olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1445
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1382
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1998
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1251
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2064
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2166