Ceyms Uorlik separatçı rejimin "spikeri" ilə görüşünə aydınlıq gətirdi
"Minsk Qrupunun həmsədri kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində bütün tərəflərlə aparılan müzakirələri vacib sayıram". Bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağdakı separatçı rejimin “parlament” sədri Aşot Qulyanla görüşünə dair APA-nın sualına cavabında deyib. “Biz 12 noyabr tarixində təmas xəttində baş verən insident nəticəsində yaranan gərginliyin azaldılmasının əhəmiyyətini və tərəflərin münaqişənin davamlı nizamlanması istiqamətində danışıqlarda irəliləyişə nail olmaq ehtiyacını müzakirə etdik" deyə o, söyləyib. Xatırladaq ki, Ceyms Uorlik Vaşinqtonda Dağlıq Qarabağdakı separatçı rejimin “parlament” nümayəndələri ilə görüş keçirib.
OXŞAR XƏBƏRLƏR
17:46
970
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
760
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1085
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
670
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1593
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1720