Prezident İlham Əliyev «Bakutel-2014» sərgisinin açılışına qatılıb
Bu gün Bakıda «Bakutel-2014» 20-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgi və konfransı başlayıb.
APA-nın məlumatına görə, sərginin açılışında Azərbaycanın hökumət nümayəndələri, ayrı-ayrı dövlət və özəl qurumların təmsilçiləri, diplomatlar, xarici qonaqlar iştirak ediblər.
Prezident İlham Əliyev sərginin açılışına qatılıb. Dövlət başçısı sərgidə iştirak edən yerli və xarici şirkətlərin stendlərini gəzərək nümayiş etdirilən məhsul və xidmətlərlə tanış olub.
Məlumat verilib ki, builki “Bakutel” sərgisində 40%-i daimi iştirakçı olmaqla, 250-dən artıq şirkət iştirak edir. İştirakçılar arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur markaların distributorları təmsil olunur.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ