Dövlət qulluqçularının potensialının artırılmasına dair layihənin icrasına başlanıb
“İnstitusional İslahat Planının həyata keçirilməsində Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya dəstək” layihəsinin təqdimat mərasimi keçirilib. APA TV-nin xəbərinə görə, layihə Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi və sədri olduğu komissiya tərəfindən birgə maliyyələşdirilir. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən komissiyanın sədri Bəhram Xəlilov deyib ki, layihənin icrasına bu ilin sentyabr ayından tam şəkildə başlanılıb: "Əsas məqsədimiz Komissiyanın dövlət qulluqçularının təlimi və peşəkar inkişafı sahəsində siyasət formalaşdırılması və həyata keçirilməsi, bu sahədə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə potensialın artırılmasıdır. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində Komissiyasının təlim və strategiya struktur bölməsinin qurulmasını, habelə dövlət Təlim Mərkəzinin yaradılmasını, Dövlət qulluqçuları üçün təlim strategiyasının hazırlanmasını, prioritet sahələrdə təlimçi bazasının formalaşdırılmasını hədəfləmişik".
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard bildirib ki, layihə çərçivəsində təlimlərin keçirilməsi dövlət qulluqçularının potensialının artırılmasına çox böyük töhfə verəcək.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb