Azərbaycanda özəl klinikanın fəaliyyəti dayandırılıb
Səhiyyə Nazirliyi Azərbaycanda fəaliyyət göstərən özəl klinikalardan birinin fəaliyyətini dayandırıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya bildirib ki, “Atlas Medical Center”-də tibb xidmətlərinin təşkili zamanı tibbi tələblərinin ciddi şəkildə pozulması faktı aşkarlanıb. Onun sözlərinə görə, nazirliyə “Atlas Medical Center”-in lisenziyasında nəzərdə tutulmayan - ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi barədə siqnal daxil olub. Yoxlama nəticəsində təsdiq olunub ki, həmin tibb mərkəzində lisenziyada nəzərdə tutulmauan qanunsuz ginekoloji və doğuşayardım xidmətləri göstərilir. Bundan əlavə, yoxlama nəticəsində başqa qüsurlar da aşkarlanıb. Bunun nəticəsində Səhiyyə Nazirliyinin komissiyası nöqsanlar aradan qaldırılana qədər klinikanın fəaliyyətini dayandırıb.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ