Bakıda havanın temperaturu 0 dərəcəyə enəcək
Dekabrın 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin soyuq, yağıntılı keçəcəyi, sulu qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.
Havanın temperaturunun gecə və səhər 3 dərəcəyədək isti, axşama doğru isə 0 dərəcəyə yaxın olacaq.
Azərbaycanın rayonlarında dekabrın 3-də havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, bəzi yerlərdə 15 dərəcəyədək şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb