Rusiya “Cənub axını” lahiyəsindən imtina edir
"Rusiya “Cənub axını” qaz borusunun tikintisindən imtina edir". “APA-Economics” “İnterfaks” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirib.
Rusiya prezidentinin sözlərinə görə, layihənin reallaşdırılması üçün Bolqarıstan hökuməti əngəl törədir: “Bolqarıstan suveren dövlət kimi hərəkət etmək iqtidarında deyil. Avropa İttifaqı layihənin reallaşdırılmasını istəmirsə, deməli layihə reallaşmayacaq. Rusiya bu layihəyə yüzlərlə milyon dollar sərmayə yatırıb, sonra isə Bolqarıstan sərhədində dayana bilməz. Avropa Komissiyasının hərəkətləri qeyri-konstruktivdir”.
Putin Bolqarıstan hökumətinə Avropa Komissiyasından təzminat almağı da təklif edib: “Bilirsiniz ki, layihə reallaşacağı təqdirdə Bolqarıstanın dövlət büdcəsinə yalnız tranzitdən ildə 400 milyon avro gələcəkdi. Deməli, Bolqarıstan Avropa Komissiyasından dövlət büdcəsinə çatmayan vəsaitə görə təzminat almalıdır”.
Layihənin dayandırılmasını artıq “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller də təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb