Masallıda keçmiş məhkum oğurluğa görə tutuldu
Masallıda oğurluq hadisəsi baş verib. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ağakişibəyli kəndində qeydə alınıb. Bakı şəhəri, Hövsan qəsəbəsində qeydiyyatda olan və hazırda Masallının Abbasbəyli kəndində müvəqqəti yaşayan, əvvəllər məhkum olunmuş 41 yaşlı Eldar Tofiq oğlu Şahbazov qonşusu Bəybala Fətulla oğlu Fətullayevin evindən sandıqda saxlanılan qızıl-zinət əşyalarını və 180 manat pulu götürüb. Nəticədə zərərçəkmişə ümumilikdə 1685 manat dəyərində maddi ziyan vurulub
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Eldar Şahbazov yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Onun oğurladığı qızıl-zinət əşyaları və pul maddi sübut kimi götürülüb.
OXŞAR XƏBƏRLƏR
14:40
1447
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1384
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2001
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1251
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2064
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2166