Bakıda zəncirvari qəza olub
Gecə saatlarında Bakıda zəncirvari yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, Yasamal rayonunda, Abbas Mirzə Şəfizadə küçəsində qeydə alınan qəza zamanı idaeəetməni itirən sürücü maşını yol kənarında dayanan avtomobillərə çırpıb.
Şərifzadə küçəsi ilə Mətbuat prospekti istiqamətində yüksək sürətlə hərəkət edən "Volkswagen" markalı minik maşını yol kənarında dayanmış "QAZ-3110" və "Azsamand" markalı avtomobilləri vurub. "Volkswagen"in sürəti o qədər yüksək olub ki, "QAZ-3110"u yolıun hərəkət hissəsində bir neçə metr sürüyüb.
Qəza nəticəsində xəsarət alan olmayıb. Amma hər üç avtomobilə ciddi ziyan dəyib.
Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerində müayinələr aparılıblar. Qəzaya səbəb olan "Volkswagen" evakuasiya edilib və cərimə meydanşasına aparılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb