Yasamalda "Mercedes"lə toqquşan "Chevrolet" yol kənarındakı maneəyə çırpılıb
Ötən gecə Bakının Yasamal rayonunda yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Şamil Əzizbəyov küçəsində qeydə alınıb.
AƏliağa Ağayevin idarə etdiyi "Chevrolet" markalı minik maşını ilə Əvəz Abbasovun idarə etdiiyi "Mercedes" markalı avtomobil toqquşub. "Chevrolet" daha sonra yol kənarındakı dəmir məhəccərə dəyib.
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları gəlib, müayinə aparılıb. İlkin ehtimala görə, qəzaya "Chevrolet" markalı avtomobilin yol kəsişməsində "Mercedes"in yoluna çıxması səbəb olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
17:46
935
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
738
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1069
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
669
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1593
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1720