Nazir Kəmaləddin Heydərov Mingəçevir su anbarında səyyar müşavirə keçirib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iştirakı ilə Mingəçevir su anbarında səyyar müşavirə keçirilib. APA TV-nin məlumatına görə, müşavirədən əvvəl nazir Mingəçevir su anbarı ətrafında görülən işlərlə tanış olub. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Su Ehtiyatları Dövlət Agentliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və “Azərsu” ASC-nin nümayəndələrinin iştirakı ilə keçirilən səyyar müşavirədə Mingəçevir şəhəri və Mingəçevir su anbarı ətrafında həyata keçirilən aidiyyəti infrastruktur layihələri müzakirə olunub Yaponiyanın “Oyo” şirkətinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssislərinin təqdimatları dinlənilib.
Müşavirədə çıxış edən Kəmaləddin Heydərov həyata keçirilən layihələrin əhəmiyyətini qeyd etmiş, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması üçün qarşıda duran vəzifələrdən danışıb.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ