Prezident İlham Əliyev Qaz İxrac edən Ölkələrin Forumunun baş katibini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adelini qəbul edib.
APATV-nin məlumatına görə, görüş zamanı S. Adeli rəhbərlik etdiyi təşkilat barədə dövlət başçısına məlumat verib.
O, Qaz İxrac edən Ölkələrin Forumuna üzv olan 17 dövlətin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu deyib. Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu vurğulayan S. Adeli qlobal qaz bazarında ölkəmizin mühüm rol oynayacağına əminliyini bildirib.
Prezident İ. Əliyev isə ölkəmizin böyük qaz ehtiyatlarına malik olduğunu deyərək hazırda təbii qazın müxtəlif marşrutlarla nəqlinin uğurla həyata keçirildiyini vurğulayıb. Dövlət başçısı Qaz İxrac edən Ölkələrin Forumu ilə əməkdaşlığın təşkilata üzv olan ölkələrlə ikitərəfli əlaqələrin inkişafına da xidmət edəcəyinə əminliyini ifadə edib.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ