Moskvada məşhur "qanuni oğru" "Rüfət Gəncinski" tutulub
Moskvada kriminal aləmdə "Rüfət Gəncinski" ləqəbi ilə məşhur olan azərbaycanlı "qanuni oğru" Ülfət Tağıyev saxlanılıb. Kriminal avtoritet Lüblin bazarının ortağı Elxan Əliyevin və iş adamı İlham Əliyevin qətlində təqsirləndirilir. Bu barədə Vesti.az Rusiya mənbələrinə istinadən məlumat verib. Dindirilmə zamanı həmçinin məlum olub ki, saxlanılan şəxs "Ded Xasan" ləqəbi ilə tanınan Aslan Usoyanın qətlində də iştirak edib. Ülfət Tağıyev ötən ilin yanvarında Usoyanın öldürülməsi üçün planı özünün hazırladığını və killerə lazım olan şəraiti yaratdığını etiraf edib. O, bu iş barədə ona heç kəsin sifariş vermədiyini deyib. Qeyd olunur ki, Tağıyev özü də uzun müddət "ştatlı" killer olub. Tutulan kriminal avtoritet başqa bir azərbaycanlı "qanuni oğru" - "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyevin dəstəsində fəaliyyət göstərib. Canıyev isə "Ded Xasan"ın əsas düşməni hesab edilir.
OXŞAR XƏBƏRLƏR
14:40
1456
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1393
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2009
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1253
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2067
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2168