"Beşiktaş" və "Trabzonspor" növbəti mərhələdə
Türkiyənin "Beşiktaş" və "Trabzonspor" klubları Avropa Liqasında növbəti mərhələyə yüksəlib. "Beşiktaş" turnirin 5-ci tutunda səfərdə Yunanıstanın "Asteras" klubu ilə qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə bitib.
Qrupdan çıxmaq üçün 1 xalın kifayət etdiyi "Beşiktaş" 15-ci dəqiqədə hesabı açıb.
İlk hissə "Beşiktaş"ın bir qolluq üstünlüyü ilə başa çatıb. İkinci hissədə "Beşiktaş" üstünlüyünü iki topa çatdırıb. 62-ci dəqiqədə Gökhan Törə penaltidən fərqlənib.
72-ci dəqiqədən sonra isə hadisələr "Beşiktaş"ın əleyhinə çevrilib. "Astares" Barralesin qolu ilə hesab arasındakı fərqi azaldıb. Qoldan sonra hakimə etiraz edən "Beşiktaş"ın futbolçusu Atiba ikinci sarı kartla meydandan qovulub. 82-ci dəqiqədə Yunanıstan klubu hesabı bərabərləşdirib.
"Trabzonspor" isə 10 nəfərlə Xarkov "Metallist"ini məğlub edib. Oyun "Trabzonspor"un 3:1 hesablı qələbəsi ilə başa çatıb. Türkiyə klubu meydanda 10 nəfərlə qalsa da, mübarizəni sona qədər davam etdirib və oyunun bitməsinə 5 dəqiqə qalmış vurduğu qolla "Metallist"i məğlub edə bilib. Bu nəticə "Trabzonspor"a növbəti mərhələyə vəsiqə qazandırıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb