Bakıda piyadanı vuran sürücü hadisə yerindən qaçıb
Ötən gecə paytaxtın Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə "Koroğlu" metrostansiyasının yaxınlıqında qeydə alınıb. Həmzə Bayram oğlu Mailov idarə etdiyi avtomobillə Ziya Bünyadov porspekti ilə "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 62 yaşlı Nadir Ağakərim oğlu Kərimovu vurub. Sürücü Həmzə Bayramov piyadanı vurduqdan sonra ona kömək etmək əvəzinə hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində xəsarət alan Nadir Kərimov isə təcili tibbi yardım maşını ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Yaralının həyatını xilas etmək mümkün olub.
Piyadanı vuran sürücüyə gəlincə, o, hadisədən bir qədər sonra Nizami Rayon Polis İdarəsinə gedərək hadisə törətdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmar aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb