Zaqatala sakinini maşın vurub
Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayonu Aşağı Tala kənd sakini, 1984-cü il təvəllüdlü Elgün Aydın oğlu Qardaşov idarə etdiyi “VAZ 21099” markalı avtomobillə yolu keçmək istəyən piyada, Zaqatala rayonu Göyəm kənd sakini, 1952-ci il təvəllüdlü Nəcməddin Şaban oğlu Xalayevi vurub. Yaralını sürücü Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (RMX) aparılıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, Nəcməddin Xalayevə başın kəsilmiş-deşilmiş yarası və kəllə-beyn travması dioqnozu qoyulub, müalicəsi xəstəxanada aparılır.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb