Qız qalasında intihar edən şəxsin kimliyi müəyyənləşdi
Bakıda intihar edən şəxsin anası oğlunun meyitini tanıyıb. Noyabrın 24-də Bakının Səbail rayonu ərazisində, Qız Qalasından özünü ataraq intihar edən şəxsin kimliyi məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, intihar edən şəxsin Abşeron rayon sakini, 1983-cü il təvəllüdlü Krişayev Yuri Qriqoriyeviç olduğu müəyyənləşib. Xırdalan şəhəri, məhəllə 27, ev 21, mənzil 9-da qeydiyyatda olan Yuri Krişayevin anası dünən gecə saatlarında morqa gəlib və oğlunun meyitini tanıyıb.
Qadın bildirib ki, oğlunun hər hansı problemi, xüsusi çətinliyi olmayıb. 31 yaşlı Y.Krişayev subay olub. Əvvəllər məhkumluğu olmayan Abşeron sakini fəhləlik edirmiş.
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanan cinayət işinin istintaqı davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb