İrandan Azərbaycana xeyli miqdarda narkotik keçirilməsinə cəhd edilib
İrandan Azərbaycana xeyli miqdarda narkotik keçirilməsinə cəhd edilib. Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Xidmətin Mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, əməliyyat zamanı ümumi çəkisi 10 kq 800 qram olan narkotik vasitə tutulub. Noyabrın 17-də həyata keçirilmiş qabaqlayıcı əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Azərbaycana gətirilən 5 kq tiryək və 5,8 kq marixuana dövriyyədən çıxarılıb. Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
14:40
1523
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1459
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2076
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1256
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2070
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2171