Azərbaycan müdafiə nazirinin keçmiş müavini həbs olunub
Azərbaycan müdafiə nazirinin keçmiş müavini həbs edilib. APA-nın məlumatına görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə 1955-ci il təvəllüdlü Səlimov Mehman Əmirxan oğlu Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.
Qeyd edək ki, M. Səlimov 1995-99-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.
OXŞAR XƏBƏRLƏR
14:40
1523
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1459
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2076
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1256
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2070
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2171