Oğlu öldürülən ana 25 “Taliban”çını güllələdi
Əfqanıstanda qadın öldürülən oğlunun qisasını almaq məqsədilə ən azı 25 “Taliban”çını güllələyib. APA-nın “Khaama Press”ə istinadən xəbərinə görə, qadının polis bölməsində xidmət edən oğlu Fərəh əyalətindəki nəzarət-buraxılış məntəqəsində anasının gözləri qarşısında öldürülüb.
Bundan sonra ana qızı və gəlini ilə birlikdə nəzarət-buraxılış məntəqəsindəki silahları toplayaraq taliblərlə atışmağa başlayıb. Döyüş 7 saat çəkib. Nəticədə azı 25 yaraqlı öldürülüb, daha 5 nəfər yaralanıb.
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Sediq Sediqqi bildirib ki, üç qadının bu qəhrəmanlığı inqilabın və “Taliban” hərəkatına qarşı ictimaiyyətin dirənişinin simvoluna çevrilib.
“Taliban” hərəkatının nümayəndələri hələlik faktla bağlı açıqlama yaymayıb.
OXŞAR XƏBƏRLƏR
14:40
1523
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1459
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2076
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1256
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2070
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2171