Göyçayda qəza olub, ər-arvad ağır yaralanıb
Göyçayda iki minik maşını toqquşub, ağır xəsarət alanlar var. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Natavan küçəsində qeydə alınıb. Göyçayın Qızılağac kənd sakini, 1981-ci il təvəllüdlü Xəlilov Şamil Şahin oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn Ucar rayonu Qaracallı kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Adət Məhəmməd oğluna məxsus “VAZ 21011” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və Adət Məmmədovun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Məmmədova Rəqubə Qüdrət qızı ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1523
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1459
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2076
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1256
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2070
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2171