Qardağda mal-qara oğrusu tutuldu
Qaradağ rayonunda mal-qara oğurlamağa cəhd göstərən şəxs saxlanılıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Sənqəcal qəsəbəsində yerləşən otlaq sahəsində qeydə alınıb. Vüqar Bayramov ərazidə yerləşən otlaq sahəsindən, ümumi dəyəri 4400 manat olan 4 iri buynuzlu mal-qaranı oğurlamaq istəyib. Otlağın sahibləri, Doluxan Ziyadov, Mirhüseyn Ziyadov və Xəqani Bayramov ona mane olduqlarından o öz əməlini həyata keçirə bilməyib. Otlaq sahibləri bu barədə dərhal polisə məlumat veriblər. Əraziyə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. V.Bayramov saxlanılaraq polis idarəsinə gətirilib. İlkin dindirilmə zamanı o əməlini etiraf edib və buna görə, peşman olduğunu bildirib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb