Şəmkirdə 28 yaşlı oğlan öz marketində qətlə yetirilib
Şəmkirdə şəhər sakini bıçaqlanaraq qətlə yetirilib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhərə yaxın Şəmkir şəhərində törədilib. Şəhər sakini, 28 yaşlı Firuz Zamanov mağazada öldürülüb.
Şəmkir rayon Prokurorluğunun böyük müstəntiqi Şahin Şükürov deyib ki, 24 noyabr 2014-cü il tarixdə, saat 03:25-də Şəmkir rayon Şiştəpə kənd sakini, 39 yaşlı Laçın Məmmədov Şəmkir şəhərində yerləşən “Qaqalar” marketinə gələrək oranın sahibi, Firuz Zamanovla mübahisə edib və üzərində gəzdirdiyi bıçaqla onu bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.
Cinayəti törədən Laçın Məmmədovun bir neçə dəfə məhkumluq həyatı yaşadığı bildirilir.
OXŞAR XƏBƏRLƏR
14:40
1530
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1466
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2083
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1258
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2072
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2173