Krasnoyarskda azərbaycanlı biznesmen qətlə yetirilib
Rusiyanın Krasnoyarsk diyarının Şuşensk rayonunda 46 yaşlı Azərbaycan əsilli biznesmen qətlə yetirilib.
APA-nın “RİA Sibir”ə istinadən xəbərinə görə, qətldə şübhəli bilinən 22 yaşlı Tuva sakini saxlanılıb.
İstintaqın versiyasına görə, yerli xanım sakinin ona borclu olduğu 40 min rublu almaq üçün mərhum Şuşensk rayonuna gəlib. Qadın evdə olmayıb. O, sanatoriyaya getdiyi üçün uşaqlarına və evinə baxmağı Tuvadan çağırdığı qardaşlarına həvalə edibmiş. İş adamı gələn vaxt qardaşlar qarajda bacılarının maşınını təmir edirlərmiş. Onun yüksək tonla danışması sərxoş olan qardaşların xoşuna gəlməyib və mübahisə əlbəyaxa davaya çevrilib. Bu vaxt qardaşlardan biri tələbkar qonağı sinəsindən bıçaqla vuraraq, qətlə yetirib. Bundan sonra onlar meyiti palaza bükərək qəsəbədən 40 km uzaqda yerləşən meşəyə aparıblar.
Mərhumun yaxınlarının müraciətindən sonra polis onun axtarışına başlayıb və cinayətin üstü açılıb. Qatil ifadəsində cinayətini etiraf edib.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ