Bakıda polis əməkdaşı yol qəzasında ölüb
Bakıda polis əməkdaşı yol qəzasında ölüb. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsində qeydə alınıb. Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin polis baş serjantı, 1977-ci il təvəllüdlü Rüstəm Eldar oğlu Mürsəlov idarə etdiyi 90- AP- 050 nömrə nişanlı, "KİA" markalı avtomobilİ "DAF" markalı qoşqulu yük avtomobilinə çırpıb. Nəticədə R.Mürsəlov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Polisdən R. Mürsəlovun 38-ci Polis Bölməsinin rəisi Turab Paşayevin sürücüsü olduğu və həmin nəqliyyat vasitəsinin xidməti avtomobil olduğu bildirilib.
OXŞAR XƏBƏRLƏR
14:40
1531
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1467
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2084
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1258
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2072
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2173