Bakıda sərxoş sürücü qəza törətdi
Bakıda sərxoş sürücü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Azadlıq prospektində qeydə alınıb. Prospektlə yüksək hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə maşın eyni istiqamətdə hərəkət edən "Mercedes"ə dəyib. Zzərbənin gücündən "BMW" yoldan çıxıb və yolun kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində hər iki avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb. Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları hadisə yerində müayinə aparıblar. İlkin ehtimala görə, qəzaya "BMW"-nin sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəb olub. Avtomobil cərimə meydançasına aparılıb, faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
14:40
1531
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1467
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2084
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1258
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2072
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2173