Dirəyə çırpılan "VAZ 2107" tıxac yaratdı: 2 yaralı
Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ-2107” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili yol kənarındakı elektrik dirəyinə çırpıb və maşın yolun əks istiqamətinə düşüb. Nəticədə sürücü və sərnişini xəsarət alıblar. Baş verən hadisədən sonra prospektdə yaranan tıxac daha bir qəzaya səbəb olub. Beləki yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı mikro avtobus idarəetməni itirərək qarşısında dayanan "Mazda"-ya çırpılıb.
Dərhal hadisə yerinə gələn Yol Patrul Xidmətinin əməkdaşları prospektdə nəqliyyatın hərəkətini bərpa edib. Avtomobillər isə ərazidən uzaqlaşıdırılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1532
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1468
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2085
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1258
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2072
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2173