Türkiyə ordusu İraqa girəcək
Türkiyə İŞİD-ə qarşı peşmərgələrə hərbi dəstək verməklə bağlı qərar qəbul edib. APA TV-nin məlumatına görə, Türkiyə hökuməti Silahlı Qüvvələrin "Bordo Bereliler" adı ilə tanınan xüsusi təyinatlılarını İraqın şimalına göndərəcək. Türkiyə mətbuatının yazdığına görə, xüsusi təyinatlıların İraqa göndərilməsi üçün bir aya yaxındır ki, işlər aparılırdı.
Məsələ ilə bağlı İraqda səfərdə olan Əhməd Davudoğlu da "Bordo Bereliler"in İraqa göndəriləcəyini təsdiqləyib.
"İraqın təhlükəsizliyi Türkiyə üçün həyat məsələsidir. Türkiyə İraqın kürd bölgəsinin təhlükəsizliyi üçün hər cür dəstəyi verəcək. Bu, tarixi, insani və strateji bir məsələdir. Peşmərgələrə təlim keçilməsi məsələsini də müzakirə etmişik. Bundan sonra dəstəyimiz olacaq", - deyə Davudoğlu bildirib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb