Masallıda avtomobil yolu keçmək istəyən qadını vurub öldürdü
Masallıda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Xıl kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Sərçuvar kənd sakini, 26 yaşlı Əlizamin İnqilab oğlu Məmmədov idarə etdiyi “Ford” markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada, şəxsiyyəti hələlik məlum olmayan 28-30 yaşlarında qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə aparılıb.
Hadisəni törətmiş sürücü isə istintaqa cəlb olunub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ