Xaçmazda iki “Jiquli” toqquşub, 3 nəfər yaralanıb
Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Mirzə Fətəli Axundov küçəsi ilə Məmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində qeydə alınıb. 27 BE 964 dövlət nömrə nişanlı “VAZ 21011” markalı avtomaşınla 12 BA 764 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomaşın toqquşub.
Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Xaçmaz rayon sakinləri - 1993-cü il təvəllüdlü Rəsul Fərzəliyev, 1979-cu il təvəllüdlü Bayram Şıxəliyev və 1977-ci il təvəllüdlü Sevinc Qurbanovadır. Xəsarət alan şəxslərin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1532
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1468
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2085
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1258
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2072
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2173