Dünyanı qlobal soyuma təhlükəsi gözləyir
Dünyanı qarşıdakı 30 ildə kəskin soyuqlar gözləyir. APA TV-nin xəbərinə görə, NASA-nın keçmiş məsləhətçisi Con Keysinin "Sərt qış: Günəş 30 illik soyuma böhranına necə səbəb olur" adlı kitabında planeti istiləşmə yox, soyuma probleminin gözlədiyini yazır. Kitabda dünyanın radikal iqlim dəyişikliyinin astanasında olduğu qeyd olunur. İqlimşünas alim Keysi soyumanın səbəbinin Günəşdəki aktivliyin azalması olduğunu yazır. Günəşin 30 il davam etməsi prqonozlaşdırılan "qış yuxusu"nda, okean və atmosfer istiliyinin böyük ölçüdə düşəcəyi və bunun da vulkanik partlama və zəlzələlərə səbəb olacağı gözlənilir. Kitabda soyuqların düşməsi nəticəsində bitkilərin donması, kənd təsərrüfatında istehsalın azalması, qida uğrunda müharibələrin başlayacağı qeyd olunur.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb