Oteldə qətlə yetirildiyi bildirilən qadının intihar etdiyi müəyyənləşib - YENİLƏNİB
Ötən gecə Bakıda moteldə qətlə yetirildiyi bildirilən qadının intihar etdiyi aşkarlanlıb. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qətlə yetirildiyi bildirilən Afaq Rafiq qızı Şükürovanın özünü asaraq intihar etdiyi məlum olub.
APA TV-nin məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində, Binəqədi şossesindəki "Vulkan" otelində baş verib.
İlkin yayılan məlumatda bildirilirdi ki, otelə müştəri kimi gələn qadın və kişi arasında mübahisə yaranıb. Mübahisə zamanı kişi qadını bıçaqla qətlə yetirib. Hadisədən sonra otel bağlanıb, qətlin törədildiyi yerdə istintaq işlərinə başlanılıb. Hadisəni törədən şəxs isti izlərlə saxlanılıb.
Faktı Binəqədi Rayon Prokurorluğu araşdırır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb