Güclü qar ABŞ-da həyatı iflic etdi: 8 ölü
ABŞ-da anomal şaxta və güclü qar səbəbindən 8 nəfər ölüb. APA TV-nin məlumatına görə, Nyu-York və Miçiqan ştatının fövqəladə hallar xidmətləri gücləndirilmiş iş rejimində çalışır. Bəzi bölgələrdə yağıntının hündürlüyü 1 metrə kimi qalxıb. Yüzlərlə avtomobil hərəkətsiz vəziyyətə düşüb, yollarda kilometrlərlə tıxac yaranıb. Sürücünün avtomobilləri ilə birlikdə iflic olmuş yollarda qalmalarına baxmayaraq xilasedicilər hələ ki, onları xilas edə bilməyib. Meteoroloqların araşdırmasına əsasən, bu qar qasırğası son 40 ilin ən böyük yağıntısıdır.
Hava getdikcə daha da pisləşir. Vəziyyətin xüsusilə gərgin olduğu ştatların qubernatorları baş verən təbiət hadisəsi ilə bağlı əhaliyə xəbərdarlıq edib.
OXŞAR XƏBƏRLƏR
14:40
1534
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1471
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2087
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1258
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2072
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2173