Türkiyə-Suriya sərhədində saxlanan azərbaycanlıların adları məlum oldu - YENİLƏNİB
Türkiyədən Suriyaya keçmək istəyərkən saxlanılan Azərbaycan vətəndaşlarının adları məlum olub. Saxlanılan şəxslər – 1991-ci il təvəllüdlü Paşayeva Simnarə Simral qızı, onun qızı, 2014-cü il təvəllüdlü (10 aylıq) Paşayeva Məryəm Araz qızı, 1996-cı il təvəllüdlü Musayeva Aynur Vahid qızı və 1990-cı il təvəllüdlü Əlimətov Abdul Azad oğludur.
Məlumata görə, azyaşlı uşağı ilə birlikdə Suriyaya getmək istəyən Simnarə Paşayevanın əri Araz hazırda “İslam Dövləti” silahlı qruplaşması tərkibində vuruşur.
İstanbuldakı baş konsulu Həsən Zeynalov isə APA-ya saxlanılanların yaxın günlərdə Azərbaycana deportasiya olunacaqlarını deyib. O bildirib ki, hazırda həmin şəxslərin izahatı alınır.
Qeyd edək ki, “İslam Dövləti” qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd etdikləri iddia olunan 4 Azərbaycan vətəndaşı Türkiyənin Kilis bölgəsində saxlanılıb.
Məıumata görə, Kilis polisi ümumilikdə 22 nəfərdən ibarət olan qrupun rayonun Suriya ilə sərhəd olan Aşağı Bəylərbəyi kəndindən sərhədi keçməyə cəhd göstərməsi barədə məlumat alıb. Saxlanılanların pasportları yoxlanılarkən, onlardan 4-nün azərbaycanlı olduğu ortaya çıxıb. Saxlanılanlar deportasiya edilmək üçün rayon polis idarəsinin xaricilərlə iş şöbəsinə təhvil veriliblər.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ