İŞİD-in mövqelərinə 30 hava zərbəsi endirilib
Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələri müttəfiqlərin iştirakı ilə üç gündə “İraq Şam İslam Dövləti” terrorçu qruplaşmasının İraq və Suriya ərazisindəki mövqelərinə 30 hava zərbəsi endirib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ hərbi qüvvələrinin mərkəzi komandanlığı yayıb. Suriyada “əl-Qaidə”-yə yaxın “Xorasan” qruplaşmasının hərbi anbarları da bombalanıb. Məlumata görə, koalisiya Suriyada terrorçuların canlı qüvvə və hərbi texnikasına Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhəri də daxil olmaqla 6 zərbə endirilib. İraqda isə “İŞİD”-in Kərkük və Mosul şəhərlərindəki mövqeləri havadan 24 dəfə bombalanıb.
Xatırladaq ki, ABŞ-ın hərbi aviasiyası avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada “İŞİD”-in mövqelərinə hava zərbələr endirir. İraqdakı əməliyyatlarda Avstraliya, Belçika, Böyük Britaniya, Danimarka, Kanada, Niderland və Fransanın, Suriyada isə Bəhreyn, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının hərbi təyyarələri iştirak edir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb