Lənkəranda saxta əskinas və narkotik alverçiləri tutuldu
Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri zamanı Suraxanı rayonunun Qaraçuxur qəsəbə sakini, 1981-ci il təvəllüdlü Namiq Tahir oğlu Həsənov şübhəli şəxs qismində saxlayıb. APA TV-nin cənub bürosunun məlumatına görə, saxlanılan Namiq Həsənovun üzərinə baxış keçirilərkən hər biri 100 ABŞ dolları olmaqla 3 ədəd saxta əskinas aşkarlanaraq götürülüb. İlkin araşdırmalardan məlum olub ki, Namiq Həsənov saxta pullara ümumilikdə 60 manat verməklə onları Lənkəran rayonunun Girdəni kənd sakini, 1971-ci il təvəllüdlü Arzuman Rəşid oğlu Mirzəyevdən əldə edib.
Polis əməkdaşları Arzuman Mirzəyevin evinə baxış keçirdikləri zaman oradan 35 ədəd kibrit qutusunda 172 qram və 2 ədəd selofan bükümdə 300 qram narkotik vasitə olan marixuana, həmçinin 28 qram çətənə bitkisinin toxumunu aşkarlayaraq götürüblər.
Hər iki şəxs istintaqa cəlb olunub.
Faktla bağlı Lənkəran RPŞ-də cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb