Bakıda hava buludlu olacaq
Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz 12-14 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı, çiskinli, şimal və şərq rayonlarında isə az yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
14:40
1537
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1474
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2090
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1258
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2073
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2173