Nazir Kəmaləddin Heydərov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşüb
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. APA TV-nin xəbərinə görə, nazir Kəmaləddin Heydərov qonaqlara respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. Həmçinin, hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın böyük iqtisadi inkişaf yolu keçdiyini diqqətə çatdıran Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri ölkəsinin əlaqədar qurumlarının Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb