Bakıda universitet yataqxanasında uçqun olub
Bakının Binəqədi rayonu ərazisindəki Slavyan Universitetinin yataqxanasında uçqun olub. APA TV-nin məlumatın görə, hadisə yataqxananın 4-cü mərtəbəsində qeydə alınıb. Döşəmənin uçması nəticəsində bir nəfər xəsarət alıb.
Dərnəgül qəsəbəsi Ağasadiq Gəraybəyli 31 ünvanında yerləşən yataqxanada baş verən uçqun zamanı xəsarət alan şəxs 44 yaşlı Emin Ələkbərovdur.
Yaralı təcili yardım maşını vasitəsi ilə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Emin Ələkbərova ilkin yardım göstərildikdən sonra o ambulator müayinəyə buraxılıb.
OXŞAR XƏBƏRLƏR
14:40
1546
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1483
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2100
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1260
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2075
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2176