Sürücülərin nəzərinə! Jalüzlərdən istifadə müddəti başa çatdı!
Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
APA TV-nin idarənin saytına istinadən verdiyi məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi - Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib, həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib. Bununla əlaqədar, sürücülərin nəzərinə çatdırılır ki, 15 noyabr tarixində qeyd olunan jalüzlərin icazə verilmiş istifadə müddəti başa çatıb. Göstərilən tarixdən etibarən avtomobillərin arxadakı yan şüşələrində jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqlardan istifadə edilməsinə görə sürücülər İnzibati Xətalar Məcəlləsinin 155.2.4 maddəsinin tələbinə əsasən yüz əlli manat miqdarında cərimə olunacaqlar.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ