"Yevlaxlı İmarət" tutuldu
Bakı şəhər BPİ-mim Cinayət Axtarış İdarəsi və Yevlax şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda təqsirləndirilən qadın saxlanlıb. APA TV-nin xəbərinə görə, istintaqla müəyyən edilib ki, ayda bir dəfə oğlu ilə bərabər Yevlaxdan Bakıya gələn 1962-ci il təvəllüdlü İmarət Nadirova burada cibgirliklə məşğul olurmuş. İki gün Bakıda qalıb cinayət əməllərini törədəndən sora rayona qayıdırmış. Sonuncu dəfə bu il oktyabrın 19-da M.Cəlal küçəsində yerləşən mağazadan manekenin əynindəki paltosunu oğurlayıb.
O, əvvəllər məhkum olunsa da, bunu etiraf etməyib: "Mən tutulmamışam, cərimə olunmuşam. Şərə düşmüşəm. Bir sözlə, mənim başıma corab toxudular".
Məhkəmənin qərarı ilə İmarət Nadirova barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Dəymiş maddi ziyan şübhəli şəxsin yaxınları tərəfindən ödənilsə də, onun digər cinayətlərdə iştrakı istisna olunmur.
Qeyd edək ki, o, rayonda "Yevlaxlı İmarət" ləqəbi ilə tanınır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb