DİN-də yeni kadr dəyişikliyi!
Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi olub. APA TV-nin məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrinə əsasən, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi Qabil Tağıyev tutduğu vəzifədən azad edilib. Nazirin digər bir əmri əsasında Nizami Rayon Polis İdarəsinin rəis müavini İzzət Əsgərov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki , İzzət Əsgərov ötən ay nazirin müvafiq əmri ilə töhmət alan rəis müavinlərindən biridir.
OXŞAR XƏBƏRLƏR
14:40
1547
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1483
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2100
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1260
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2075
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2176