TQDK 263 müəllimi bazadan kənarlaşdırıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü ilin qəbul və buraxılış imtahanlarında işdirak etmiş 263 nəzarətçi müəllimi bazadan xaric edib. Həmin müəllimlər Müxtəlif qayda pozuntularına, o cümlədən köçürmə hallarına yol veriblər.
TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, qurum 2014-cü ildə qəbul və buraxılış imtahanlarında iştirak etmiş nəzarətçi-müəllimlərin fəaliyyətlərinin təhlili ilə bağlı araşdırmanı yekunlaşdırıb. Araşdırmanın nəticələrinə əsasən nümunəvi fəaliyyətinə görə 771 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəzarətçi-müəllimin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub.
2014-cü ildə keçirilmiş test imtahanlarına nəzarətçi qismində cəlb edilmiş 14392 müəllimdən 9061 nəfəri buraxılış imtahanlarında, 6558 nəfəri isə ali və orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb