Bakıda arvadı ilə dalaşan Türkiyə vətəndaşı özünü bıçaqlayıb
Bakıda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, Xətai prospekti, 10 ünvanında yaşayan Türkiyə vətəndaşı, 36 yaşlı Atalay Əli Həsən bıçaqlanıb. Restoranlardan birində kababçı işləyən Əli Atalayı xəstəxanaya dostları çatdırıb.
Hadisə barədə məlumat alan polis əməkdaşları dərhal araşdırmalara başlayıb. İlkin araşdırma zamanı məlum olub ki, Əli Atalay özü-özünü bıçaqlayıb. İşdən evə sərxoş gələn Türkiyə vətəndaşını həyat yoldaşı evə buraxmayıb. Bu səbəbdən ərlə arvad arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən Atalay Əli Həsən əlini bıçağa atıb və bıçağı özünün qarın nahiyyəsinə sancıb. Həkimlər əməliyyat olunan yaralının vəziyyətinin ağır olduğunu bildiriblər. Faktla əlaqəar cinayət işi başlanıb, araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb