Yevlaxda ağır qəza: 39 yaşlı kişi öldü
Yevlax-Mingəçevir yolunda ölümlə nəticələn avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Yevlaxın Əkşəm kəndi ərazisində qeydə alınıb. Gəncə şəhər sakini, 39 yaşlı Əli Məmmədovun idarə etdiyi "VAZ 2106” markalı minik avtomobili qarşı tərəfdən gələn Yevlax rayonu, Xaldan qəsəbə sakini 41 yaşlı Elgiz Bəkirovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Gəncə sakini Əli Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb. Digər yaralının da vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1593
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1530
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2145
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1261
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2075
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2176