Hava çiskinli olacaq
Noyabrın 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə bəzi yerlərdə çiskinli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 14-18 dərəcə isti olacaq. Azərbaycanın rayonlarda isə sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub rayonlarında az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə, dağlıq ərazilərdə gecə 0-5, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ