AzAL: Naxçıvana uçan təyyarələrimiz üçün heç bir təhlükə yoxdur
"Naxçıvana uçuşlar yerinə yetirən mülki təyyarələrimiz üçün heç bir təhlükə yoxdur". Bunu APA-ya açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin (AzAL) xidmət rəisi Məhərrəm Səfərli deyib. O bildirib ki, Azərbaycanın mülki təyyarələri Ermənistanın hava məkanından istifadə etmir, Naxçıvan Muxtar Respublikasına uçuşlar isə İran hava məkanı üzərindən həyata keçirilir: "Bizim uçuşlar üçün hər hansı təhlükə yoxdur". Qeyd edək ki, noyabrın 12-də Azərbaycanın Ağdam rayonu ərazisində Ermənistana məxsus Mi-24 tipli döyüş helikopteri Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub. Azərbaycan tərəfi işğal olunmuş ərazilər üzərində hava məkanını 1993-cü ildən mülki uçuşlar da daxil olmaqla, bağlı elan edib və beynəlxalq təşkilatları bu barədə məlumatlandırıb. İndiyədək dəfələrlə rəsmi Bakı işğal olunmuş ərazilərdə ermənilər tərəfindən həyata keçiriləcək uçuşlarla bağlı müvafiq tədbirlər görəcəyini bəyan edib.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ