Beynəlxalq Qızıl Xaç Komitəsi vurulan helikopterin pilotları ilə bağlı dialoq aparır
Beynəlxalq Qızıl Xaç Komitəsi cəbhə bölgəsində vurulan helikopterin pilotları ilə bağlı əlaqədar orqanlarla dialoq aparır. BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsilçisi olduğu qurum noyabrın 12-də baş vermiş hadisə barədə məlumatlıdır: “Cenevrə konvensiyalarına görə, münaqişə tərəfləri hər bir zaman yaralı və ya həlak olmuşların tapılması və yığılması üçün mümkün olan bütün fəaliyyətlər həyata keçirilməlidir. BQXK vertolyot pilotlarının taleyini aydınlaşdırmağa və uyğun xidmətlər təqdim etmək üçün neytral vasitəçi fəaliyyətini həyata keçirməyə hazırdır. BQXK əlaqədar orqanlarla dialoq aparır”.
Qeyd edək ki, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutub. Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ