ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır
ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi zonasında, qoşunların təmas xəttində Ermənistan ordusuna məxsus döyüş helikopterinin vurulması ilə nəticələnən insidentə münasibət bildirib. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, qurumun sözçüsü Cennifer Psaki hadisəni belə şərh edib: “Son hadisələr Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərimizi ikiqat artırmağın, o cümlədən gərginliyi azaltmağın və atəşkəs rejiminə riyaət etməyin zəruriliyinə dair daha bir xatırlatma oldu”.
ATƏT-in baş katibi Lamberto Zaniyer isə deyib ki, ATƏT Dağlıq Qarabağda helikopterin vurulması ətrafındakı hadisələrdən narahatdır: “ATƏT hesab edir ki, bu cür insidentlər böhranın miqyasını genişləndirə bilər. Biz, Dağlıq Qarabağda və Dağlıq Qarabağın hüdudlarından kənarda baş verən hadisələrdən çox narahatıq".
Onun sözlərinə görə, bu cür hadisələr onsuz da qeyri-stabil olan vəziyyəti daha da gərginləşdirə bilər.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ