Gəncədə tut ağacı ikinci dəfə bar verib
Payızın soyuq havalarının hökm sürdüyü bir vaxtda təbiət öz qəribəlikləri ilə adamı təəcübləndirir. APA TV-nin xəbərinə görə, Gəncədə İmamzadə kompleksinin yanında yerləşən qəbristanlıqda tut ağacı ikinci dəfə bar verib. Qəribəsi budur ki, bu hal ərazidə bir necə belə tut ağacında müçahidə olunub. Qeyri-adi təbiət hadisəsi baş vermiş agaclarda meyvələr birinci barla müqayisədə nisbətən balacadır. Gəncə Dövlət Aqrar Universitetinin dosenti Zaur Hümbətov tut ağacının il ərzində ikinci dəfə bar verməsini bir necə amillə əlaqələndirir.
Onun sözlərinə görə, sükunət dövrünü yaşayan bitkilərdə ara-sıra yalançı oyanış baş verir və ağacda ehtiyat qidanın olması onun yenidən bar verməsi ilə nəticələnir.
OXŞAR XƏBƏRLƏR
14:40
1604
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1542
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2156
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1261
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2075
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2177